Bakı. Trend:
ABŞ-ın Cənubi Dakota ştatında birmühərrikli "Pilatus PC-12" təyyarəsi qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Çemberlen şəhərindən havaya qalxan təyyarənin göyərtəsində 9 nəfər həlak olub.
Bildirilir ki, təyyarədə 12 nəfər olub.
Qəzanın səbəbi barədə məlumat verilmir.