...

ABŞ-da atışma olub - ölən və yaralananlar var

Dünya xəbərləri Materials 23 Dekabr 2019 01:28 (UTC +04:00)
ABŞ-ın Sprinq-Ley-Park şəhərində (Minnesota ştatı) restoran dayanacağında baş verən atışmada ən azı 1 nəfər ölüb
ABŞ-da atışma olub - ölən və yaralananlar var

Bakı. Trend:

ABŞ-ın Sprinq-Ley-Park şəhərində (Minnesota ştatı) restoran dayanacağında baş verən atışmada ən azı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "CNN" telekanalı bildirib.

Məlumata əsasən, hadisə dekabrın 22-dən 23-nə keçən gecə baş verib. Mərhum 19 yaşlı kişidir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Atəş açanın şəxsiyyətini müəyyənləşdirmək üçün polis axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti