...

Çində koronavirusun yeni növündən 4-cü ölüm qeydə alınıb

Dünya xəbərləri Materials 21 Yanvar 2020 06:18 (UTC +04:00)
Çinin Hubey əyalətinin Uxan şəhərində koronavirusun yeni növündən 4-cü ölüm qeydə alınıb
Çində koronavirusun yeni növündən 4-cü ölüm qeydə alınıb

Bakı. Trend:

Çinin Hubey əyalətinin Uxan şəhərində koronavirusun yeni növündən 4-cü ölüm qeydə alınıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Uxan şəhərinin səhiyyə məsələləri üzrə Komitəsinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Yanvarın 19-u gecə yarısı üçün Uxanda yeni növ koronavirusa 198 yoluxma faktı qeydə alınıb, 25 nəfər artıq xəstəxanadan evə buraxılıb, 4 nəfər ölüb".

Bildirilir ki, ölən şəxs 89 yaşlı kişidir, xəstəliyin əlamətləri yanvarın 13-də qeydə alınıb, yanvarın 18-i nəfəs almaqda çətinlik çəkməsi səbəbindən xəstəxanaya yerləşdirilib, yanvarın 19-u saat 23:39-da isə həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Hazırda 169 nəfər müalicə alır, onlardan 10-u çox ağır, 35-i isə ağır vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti