...

Harrison Ford "Indiana Cons"un növbəti filmində rol alacaq

Dünya xəbərləri Materials 5 Fevral 2020 04:20 (UTC +04:00)
Amerikalı aktyor Harrison Ford "Indiana Cons"un beşinci filmində roluna qayıdır
Harrison Ford "Indiana Cons"un növbəti filmində rol alacaq

Bakı. Trend:

Amerikalı aktyor Harrison Ford "Indiana Cons"un beşinci filmində roluna qayıdır.

Trend-in məlumatına görə, "Lucasfilm"in prezidenti Ketlin Kennedi H.Fordun filmdə iştirakını artiq təsdiqləyib: "Çox çalışırıq, ssenarinin üzərində işləyirik. Tamamlandıqda dərhal çəkilişlərə başlayacağıq və Harrison Ford layihəyə qoşulacaq. Bu yenidən başlama deyil, davamdır."

Daha əvvəl baş rolun başqasına etibar olunduğu barədə şayiələr təkzib edilib.

Harrison Ford 1981-ci ildən franşizanın dörd filmində rol alıb: "Müqəddəs xəzinə ovçuları" (1981), "Qamçılı Adam" (1984), "Son səlib yürüşü", "Kristal kəllə qutusu krallığı" (2008).

Filmin beşinci hissəsinə hələ ad verilməyib.

Xəbər lenti

Xəbər lenti