...

İstanbulda təyyarə qəzası nəticəsində 3 nəfər ölüb, 179 nəfər yaralanıb (VİDEO) (ƏLAVƏ OLUNUB 5)

Dünya xəbərləri Materials 6 Fevral 2020 03:08 (UTC +04:00)
İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 3 nəfər həlak olub
İstanbulda təyyarə qəzası nəticəsində 3 nəfər ölüb, 179 nəfər yaralanıb (VİDEO) (ƏLAVƏ OLUNUB 5)

Təfərrüatlar əlavə olunub

Bakı. Trend:

İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 3 nəfər həlak olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, 179 nəfər xəstəxanalara müraciət edib.

Xatırladaq ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.

XXX

00:10

İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 1 nəfər həlak olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, daha 157 nəfər xəsarət alıb.

Xatırladaq ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.

XXX

23:44

İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı 139 nəfərə çatıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul şəhərinin qubernatoru Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, qəzadan sonra 139 nəfər 18 fərqli xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.

XXX

22:20

İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı artıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul şəhərinin qubernatoru Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, qəzadan sonra 120 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Xatırladaq ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.

XXX

21:00

İstanbulda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 52 nəfər xəsarət alıb.

XXX

20:10

İstanbulda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, özəl aviaşirkətə məxsus təyyarə Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxaraq yanıb və parçalanıb.

Qəza nəticəsində Sabiha Gökçen aeroportu fəaliyyətini dayandırıb, uçuşlar İstanbul hava limanına yönləndirilib.

Təyyarənin İzmir-İstanbul aviareysini həyata keçirdiyi bildirilir.

Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Sərnişinlər təyyarədən təxliyə edilir. Nəqliyyat naziri Cahit Turhan bildirib ki, təyyarədə 177 sərnişin olub. Onun sözlərinə görə, qəzada ölən yoxdur. Bir neçə nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti