...

Tailandda polislər ticarət mərkəzinə baxış keçiriblər, cinayətkar aşkar edilməyib

Dünya xəbərləri Materials 8 Fevral 2020 23:07 (UTC +04:00)
Tailandda hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər silahlı insidentin baş verdiyi ticarət mərkəzinin 4 mərtəbəsinə baxş keçirilib
Tailandda polislər ticarət mərkəzinə baxış keçiriblər, cinayətkar aşkar edilməyib

Bakı. Trend:

Tailandda hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər silahlı insidentin baş verdiyi ticarət mərkəzinin 4 mərtəbəsinə baxş keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, polislər bütün mərtəbələrdə təhlükəsizliyi təmin ediblər. Baxış keçirilən zaman ticarət mərkəzində qalmış bir neçə vətəndaşa yardım göstərilib və onlar binanı tərk ediblər.

Bildirilir ki, baxış keçirilən zaman insanlara atəş açan silahlı aşkar edilməyib. Onun zirzəmidə gizləndiyi ehtimal edilir.

Qeyd edək ki, daha əvvəl cinayətkarın ticarət mərkəzinin dördüncü mərtəbəsində 16 nəfəri girov götürdüyü bildirilirdi.

"Thai Rath" qəzetinin məlumatına əsasən, ticarət mərkəzində təxminən min nəfər təxliyə edilib. Hadisə yeri mühasirəyə alınıb, rayonda yollar bağlanıb. Taksi sürücüləri ticarət mərkəzindən təxliyə edilənləri ödənişsiz olaraq evlərinə daşıyırlar.

Xatırladaq ki, Tailandın Nakhonratçasima şəhərində hərbi düşərgədə əsgərlərdən biri öz komandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb.

Daha sonra ticarət mərkəzi istiqamətində hərəkət edən cinayətkar qarşısına çıxan insanlara atəş açıb və öz hərəkətlərini "Facebook" vasitəsi ilə canlı yayımlayıb. Bir müddət sonra onun "Facebook səhifəsi bağlanıb.

Daha sonra cinayətkar ticarət mərkəzinə daxil olaraq insanlara atəş açıb. Hadisə nəticəsində azı 20 nəfər həlak olub, 31 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti