...

Karib dənizində təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 17 Fevral 2020 21:51 (UTC +04:00)
Karib dənizində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, 4 nəfər itkin düşüb
Karib dənizində təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Karib dənizində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, 4 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə Fransanın Qvadelupa prefekturası bildirib.

Məlumata əsasən, "Piper" adlı təyyarə fevralın 17-i Dominika adasında Çarlz-Duqlas hava limanından Qvadelupaya doğru yola çıxıb. Təyyarə havaya qalxdıqdan bir müddət sonra adanın sahillərində dənizə çırpılıb.

Təyyarədə ər-arvad, onların 16 yaşlı oğlu və 40 yaşlı kişi olub. Onlar hamısı Fransa vətəndaşları idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti