...

Türkiyə və ABŞ prezidentləri İdlibdəki vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 28 Fevral 2020 22:57 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb
Türkiyə və ABŞ prezidentləri İdlibdəki vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, danışıq zamanı regional məsələlər, xüsusilə ikitərəfli əməkdaşlıq məsələləri, habelə Suriyanın İdlib şəhərində son hadisələr müzakirə edilib.

Bildirilib ki, hər iki lider İdlib bölgəsində baş verən humanitar faciənin qarşısını almaq üçün dərhal əlavə addımlar atmaq barədə razılığa gəliblər:

"Qəhrəmanlarımıza vəhşicəsinə hücum edənlərin lazımi qisas aksiyasını aldıqlarını xatırladan Prezident Ərdoğan Türkiyənin İdliblə bağlı Soçi Memorandumu ilə təyin olunmuş ərazisini rejim qüvvələrindən təmizləmək əzmini bir daha təsdiqləyib".

Xəbər lenti

Xəbər lenti