...

Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb

Dünya xəbərləri Materials 29 Mart 2020 02:08 (UTC +04:00)
Belçiakda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 1850 yoluxub
Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb

Bakı. Trend:

Belçiakda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 1850 yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə krallığın Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ötən sutka ərzində koronavirusdan 64 nəfərin ölümü də qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9134 nəfərə, ölənlərin sayı isə 353 nəfərə çatıb.

Qeyd edək ki, Belçikada martın 14-dən ümummilli karantin tətbiq edilib, martın 28-i onun aprelin 19-dək uzadılması barədə qərar qaəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti