...

BMT-nin 100-dən çox əməkdaşı koronavirusa yoluxub

Dünya xəbərləri Materials 3 Aprel 2020 15:50 (UTC +04:00)
BMT-nin azı 111 əməkdaşı koronavirusa yoluxub
BMT-nin 100-dən çox əməkdaşı koronavirusa yoluxub

Bakı. Trend:

BMT-nin azı 111 əməkdaşı koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bunu təşkilatın Cenevrədəki mənzil-qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi deyib. Onun sözlərinə görə, təkcə 9 yoluxma Cenevrədə qeydə alınıb.

Qeyd olunur ki, koronavirusa yoluxan əməkdaşlar BMT-nin Ticarət və İnkişaf Konfransının, BMT-nin İnsan Haqları üzrə Ali komissarının İdarəsinin, eləcə də Cenevrədəki mənzil-qərargahının əməkdaşlarıdır.

İsveçrədə xəstəliyin sürətlə yayılması ilə əlaqədar elan olunan fövqəladə vəziyyət şəraitində əksər ofis işçiləri, eləcə də BMT əməkdaşları uzaq məsafədən işə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti