Bakı. Trend:
İtaliyanın paytaxtı Romada polislər karantin qaydalarını pozan qadını cərimələyib.
Trend-in məlumatına görə, 60 yaşlı qadın polis əməkdaşlarına evdə saxladığı tısbağanı gəzdirmək üçün bayıra çıxdığını deyib.
Polislər qadını cərimələdikdən sonra evə qayıtmağını tələb ediblər.
Qeyd edək ki, bu günədək İtaliyada 159 mindən çox şəxs koronavirusa yoluxub, ölənlərin sayı 20 mini keçib.