...

Kanadada atışma nəticəsində ölənlərin sayı 17-yə çatdı

Dünya xəbərləri Materials 20 Aprel 2020 07:01 (UTC +04:00)
Kanadanın Yeni Şotlandiya vilayətində atışma qurbanlarının sayı 17 nəfərə çatıb
Kanadada atışma nəticəsində ölənlərin sayı 17-yə çatdı

Bakı. Trend:

Kanadanın Yeni Şotlandiya vilayətində atışma qurbanlarının sayı 17 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə CBC telekanalı Milli Polis komissarı Brenda Lakiyə istinadən bildirib.

B.Lakinin sözlərinə görə, 17 ölən arasında atəş açan şəxs də var. Polis komissarı əlavə edib ki, qurbanların sayı arta bilər, araşdırma davam edir.

Qeyd edək ki, daha əvvəl kanal hadisə nəticəsində 13 nəfərin öldüyünü bildirmişdi.

Hazırda 51 yaşlı Qabriel Uortman Portalik şəhərində, daha sonra Portalikdən 50 km radiusda olan bir sıra digər yaşayış məntəqələrində insanlara atəş açdığı məlumdur. Bildirilib ki, Uortman polis formasında olub və patrul maşınına minmişdi, amma hüquq-mühafizə orqanlarının əməkdaşı deyildi.

Kanadanın Baş naziri Castin Trüdo həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti