Bakı. Trend:
Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 4 268 nəfər koronavirusa yoluxub, daha 44 nəfər virusdan həyatını itirib.
Bu günə qədər Rusiyada 47 121 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 405 nəfərə çatıb.
Ümumilikdə, 3 446 nəfər sağalıb, 43 270 nəfərin müalicəsi davam edir.