...

Sinqapur sakini koronavirusla bağlı şayiələrə görə üç il həbs cəzası ala bilər

Dünya xəbərləri Materials 27 Aprel 2020 07:15 (UTC +04:00)
Sinqapur sakini koronavirusla bağlı şayiələrə görə üç il həbs cəzası ala bilər

Bakı. Trend:

Sinqapur vətəndaşı koronavirus pandemiyası ilə əlaqədar şayiələrə görə mühakimə olunacaq və üç ilədək həbs cəzası ala bilər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın hüquq-mühafizə orqanlarının yaydığı bəyanatda deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sakinləri dərhal ərzaq etiyatlarını doldurmağa çağıran və marketlərin həftədə yalnız iki gün işləyəcəyi barədə həqiqəti əks etdirməyən xəbər yayan qırx yaşlı kişinin 15 və 16 aprel tarixlərində "Facebook"da bir neçə mesaj yerləşdirdiyini aşkar ediblər.

"Polis yalan məlumat yayan hər kəsə qarşı dərhal tədbir görəcək. Ölkə sakinləri məlumat almaq üçün rəsmi mənbələrə müraciət etməli, cəmiyyətdə qorxu və narahatlıq yarada biləcək şayiələr və yalan məlumatların yayılmasından çəkinməlidirlər", - deyən polis nümayəndəsi bu cür qanun pozuntularına görə üç ilə qədər həbs cəzası veriləcəyi və ya 10 min Sinqapur dolları (7 min ABŞ dolları) cərimə yazılacağını əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti