...

Livan ordusu Tripolidəki iğtişaşların qarşısını aldı

Dünya xəbərləri Materials 28 Aprel 2020 06:24 (UTC +04:00)

Bakı. Trend:

Livan ordusunun hətbi qulluqçuları Tripoli şəhərində iğtişaşları dayandırmaq üçün havaya xəbərdarlıq atəşləri endirib.

Trend-in məlumatına görə, bu barədə Al Mayadeen telekanalı bildirib.

Məlumata əsasən, bir sıra yerlərdə əsgərlər və etirazçılar arasında toqquşmalar baş verib. Ən az doqquz nəfər yaralanıb, hərbçilər arasında yaralılar da var.

Şəhər mərkəzindəki bank ofislərinə hücum edilib, təcavüzkar gənc dəstə bankomatların pəncərələrini sındırıb və zədələyib. Otaqların birində yanğın baş verib.

Etirazların yeni dalğasına milli valyutanın (Livan funtunun) iki dəfədən çox dəyərdən düşməsi səbəb olub. Valyatunanın dəyərdən düşməsi qiymətlərin 60 faiz qalxmasına gətirib çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti