...

Rusiyada qara yağış yağıb

Dünya xəbərləri Materials 30 Aprel 2020 16:49 (UTC +04:00)
Rusiyada Çuvaşiya respublikasının cənubunda qara yağış yağıb
Rusiyada qara yağış yağıb

Bakı. Trend:

Rusiyada Çuvaşiya respublikasının cənubunda qara yağış yağıb.

Trend-in məlumatına görə, yağışdan sonra evlərin pəncərələrində, avtomobillərdə qara ləkələr qalıb.

Sinoptiklər sakinləri sakitləşdirərək bu yağışın təhlükəli olmadığını bildiriblər. Qeyd edilib ki, qara yağışa Rusiyanın mərkəzi hissəsində güclü külək səbəb olub. Külək nəticəsində toz burulğanları yaranıb və yağışa qarışaraq yerə çöküb.

Qara yağış Mordoviya və digər vilayətlərdə də müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti