...

Qazaxıstanda koronavirusa yoluxanların sayı 4 minə yaxınlaşır

Dünya xəbərləri Materials 4 May 2020 08:43 (UTC +04:00)
Qazaxıstanda koronavirusa yoluxanların sayı 4 minə yaxınlaşır

Bakı. Trend:

Qazaxıstanda yeni növ koronavirusa son sutka ərzində 44 nəfər yoluxub.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları Nur-Sultan (8), Almatı (6), Çimkənd (1) şəhərlərində və Qərbi-Qazaxıstan (12), Aktübinsk (7), Atırau (3), Jambıl (3), Karaqanda (4) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 964 nəfərə çatıb. Ən çox yoluxma halları Almatı (1 291) və Nur-Sultan (698) şəhərlərində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti