Bakı. Trend:
Latviya, Litva və Estoniya mayın 15-dən etibarən ölkələrarası sərhədləri açacaq.
Trend-in məlumatına görə, bu barədə Latviyanın Baş naziri Krişyanis Karinş öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, bu qərar Litva Baş naziri Saulyus Skvernyalis və Estoniya Baş naziri Yuri Ratasla videokonfrans zamanı qəbul edilib.
Eyni zamanda, bu ölkələrə gələn digər vətəndaşlar 14 gün müddətinə karantinə alınacaq.