...

CAR prezidenti karantin müddətində sosial məsafə qaydalarını pozub (VİDEO)

Dünya xəbərləri Materials 18 May 2020 20:55 (UTC +04:00)
CAR prezidenti karantin müddətində sosial məsafə qaydalarını pozub (VİDEO)

Bakı. Trend:

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosa karantin müddətində sosial məsafə qaydalarını pozduğu üçün tənqidə məruz qalıb.

Trend-in məlumatına görə, o, küçədə qaçışla məşğul olarkən ona yaxınlaşan iki qadınla şəkil çəkdirib.

Qeyd olunur ki, onlar əl sıxıb görüşməsələr də, şəkil çəkdirərkən tələb olunan məsafə qaydalarına əməl etməyiblər.

Qeyd edək ki, hazırda CAR-da xüsusi karantin rejimi davam edir, bu müddətdə ölkə ərazisində spirtli içki və siqaret satışı da qadağan edilib.

CAR koronavirusa yoluxma sayına görə Afrikada liderdir. Ölkədə 15 mindən çox yoluxma, 264 ölüm qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti