...

ABŞ-da etirazlarla əlaqədar 33 ştata Milli Qvardiyanın 41,5 min hərbçisi cəlb edilib

Dünya xəbərləri Materials 6 İyun 2020 04:05
ABŞ-da etirazlarla əlaqədar 33 ştata Milli Qvardiyanın 41,5 min hərbçisi cəlb edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

ABş-ın 33 ştatında kütləvi etiraz aksiyaları ilə əlaqədar asayişi qorumaq üçün səfərbər edilmiş Milli Qvardiya hərbçilərinin sayı 41,5 minə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "CNN" telekanalı məlumat verir.

Telekanalın məlumatına əsasən, onlardan 5,1 mini Vaşinqtonun Kolumbiya dairəsində asayişi qorumağa cəlb ediliblər.

Bildirilir ki, ötən gün 32 ştatda və Kolumbiya dairəsində asayişi qorumağa cəlb edilən Milli Qvardiya hərbçilərinin sayı 32,4 min təşkil edirdi.

Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti