...

İran turist qəbul etməyə hazırlaşır

Dünya xəbərləri Materials 10 İyun 2020 19:50 (UTC +04:00)
İran turist qəbul etməyə hazırlaşır

Bakı. Elnur Bağışov - Trend:

İran yaxın 1 ay ərzində turistləri qəbul etməyə hazır olacaq.

Trend-in məlumatına görə, bunu İranın mədəni irs, əl işləri və turizm nazirinin müavini Vəli Teymuri öz "İnstagram" səhifəsində yazıb.

V.Teymurinin sözlərinə görə, bununla əlaqədar İranın digər ölkələrdəki nümayəndəlikləri və mədəniyyət attaşeləri ilə turistlərin İrana yenidən axını üçün danışıqlar aparılır.

Nazir müavini İranın beynəlxalq sərhədlərinin səhiyyə protokolları ilə tədrici şəkildə açılması üçün prosesin başlandığını deyib.

Teymuri əlavə edib ki, 2 həftə öncə İranın Koronavirusla Milli Mübarizə Komitəsi ilə danışıqlar nəticəsində İranın Mədəni İrs, Əl İşləri və Turizm Nazirliyinin səfər və sağlamlıq təklifi qəbul olunub.

Nazir müavini deyib ki, səhiyyə protokolları və sosial məsafə prinsipinə riayət etməklə böyük turizm məkanları fəaliyyətə başlayıb. “Belə ki, ötən 2 həftə ərzində İranda 4,2 milyon yerli turistin turist məkanlarında qalması qeydə alınıb” – deyə, o qeyd edib.

Qeyd edək ki, İranda indiyədək 177 938 nəfər koronavirusa yoluxub, 8 506 nəfər bu virusdan ölüb, 140 590 nəfər isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti