...

ABŞ-da etirazçılar Corc Vaşinqtonun heykəlini dağıtdı

Dünya xəbərləri Materials 19 İyun 2020 15:58 (UTC +04:00)
ABŞ-da etirazçılar Corc Vaşinqtonun heykəlini dağıtdı

Bakı. Trend:

ABŞ-ın Portlend şəhərində etirazçılar ölkənin ilk prezidenti Corc Vaşinqtonun heykəlini uçurub.

Trend-in məlumatına görə, 20 nəfərdən ibarət qrup heykəlin üzərinə ABŞ bayrağı ataraq yandırıb. Daha sonra qrupun sayı çoxaldıqca heykəlin uçurulmasına qərar verilib. Etirazçılar abidənin yerinə 1619 rəqəmini yazıblar. Bu tarix Amerikaya qulların ilk dəfə gətirildiyi ili simvolizə edir.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti