Myanmada torpaq sürüşməsi olub - Onlarla ölən var

Dünya xəbərləri Xəbər 2 İyul 2020 10:28 (UTC +04:00)

Bakı. Trend:

Myanmanın şimalındakı Kaçin ştatında, nefrit mədənində torpaq sürüşməsi baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 50 nəfər həlak olub.

Çoxlu sayda itkin düşənlərin olduğu deyilir. Sürüşməyə aramsız leysan səbəb olub.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Ölü sayının artacağı istisna olunmur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti