Bakı. Trend:
İsrail hökuməti koronavirus pandemiyası ilə əlaqədar yenidən tədbirləri sərtləşdirir.
Trend-in məlumatına görə, hökumət bu gün saat 17: 00-dan etibarən idman salonlarını və fitness mərkəzlərini bağlamaq qərarına gəlib. Restoranlar isə yalnız çatdırılma xidməti göstərə biləcək.
Qeyd edək ki, bu günə qədər İsraildə 46059 koronavirusa yoluxub, 384 nəfər ölüb.