...

ABŞ Senatı Rassel Voutun namizədliyini təsdiqlədi

Dünya xəbərləri Materials 21 İyul 2020 06:01 (UTC +04:00)
ABŞ Senatı Rassel Voutun namizədliyini təsdiqlədi

Bakı. Trend:

ABŞ Konqresinin Senatı Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktoru vəzifəsinə Rassel Voutun namizədliyini təsdiq edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, R.Voutun namizədliyi partiya xətti üzrə təsdiqlənib: 51 respublikaçı onun namizədliyini dəstəkləyib, 45 demokrat isə qarşı çıxıb.

Bildirilir ki, R.Vout bir ildən artıq Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktorunun vəzifələrini icra edib.

Qeyd edək ki, Ağ Evin İnzibati-Büdcə İdarəsi Konqresə təqdim edilməsi üçün illik federal büdcənin hazırlanması ilə məşğul olur və sənədin qəbul edilməsindən sonra onun icrasına nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti