...

Türkiyədə koronavirusdan sağalanların sayı 206 min nəfəri ötüb

Dünya xəbərləri Materials 23 İyul 2020 21:22 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 563 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 913 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 223 315 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 151 nəfər olmaqla 206 365 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti