...

İranda son sutkada 112 nәfәr koronavirusdan ölüb

Dünya xəbərləri Materials 21 Avqust 2020 13:53 (UTC +04:00)
İranda son sutkada 112 nәfәr koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötәn sutka әrzindә 112 nәfәrin koronavirusdan (COVID-19) ölmәsi öz tәsdiqini tapıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 20 376 nәfәrә çatıb.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 206 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 354 764 nәfәrә yüksәlib. Onlardan 3 794 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi İranda 305 866 nәfәrin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, Tehran, Qum, Mazandaran, Gülüstan, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, Rәzәvi Xorasanı, Kirman, Şimali Xorasan, Simnan, Mәrkәzi, Yәzd vә Gilan vilayәtlәri qırmızı zona hesab olunur.

İranda indiyәdәk 2,98 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti