Bakı. Trend:
Rusiyanın bir neçə regionunda terrorçuların cəlb olunaraq Suriyaya göndərilməsi ilə məşğul olan şəbəkəyə qarşı əməliyyat keçirilib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidməti bildirib.
Qeyd olunur ki, şəbəkənin Tatarıstan və Dağıstan respublikalarında, eləcə də Tümen vilayətində olan qolları zərərsizləşdirilib.
İlkin məlumatlara əsasən, şəbəkənin təşkilatçısı saxlanılıb. Digər təfərrüatlar məlum deyil.