Bakı. Trend:
Argentinalı həkimlər son sutkada 8,731 koronavirus infeksiyası aşkar edib ki, bu da pandemiyanın başlanğıcından ən yüksək artımın göstəricisidir. Əvvəlki anti-rekord - 8,225 - avqustun 20-də qeydə alınıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə nazirliyi bildirib.
Yoluxmuşların ümumi sayı ölkədə 350 867-yə çatıb.
Koronavirus ilə yoluxma nəticəsində son sutkada təsdiqlənən ölümlərin sayıda pandemiyanın başlanğıcından bu yana ən yüksək həddə yüksəlib - 381, ölənlərin ümumi sayı 7 366 nəfərə çatıb. Bundan əvvəl ölkədə sutka ərzində 283-dən çox koronavirus xəstəsi ölümü qeydə alınmayıb.
Martın 3-də Argentina hakimiyyəti ölkədə ilk koronavirus infeksiyası hadisəsini təsdiqlədi. Martın 20-də respublikada karantin tətbiq olundu. 4 iyun tarixində əksər bölgələrdə məcburi sosial özünütəcrid rejiminin daha yumşaq məhdudiyyətlərlə əvəz olunduğu elan edildi. Paytaxtda və şəhərətrafı ərazilərdə bir sıra yumşalmalar ilə karantin 30 avqusta qədər uzadıldı.