...

Ermənistanda koronavirusdan ölənlərin sayı 900 nəfərə çatır

Dünya xəbərləri Materials 5 Sentyabr 2020 11:31 (UTC +04:00)
Ermənistanda koronavirusdan ölənlərin sayı 900 nəfərə çatır

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 44 649 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 188 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 4 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 895 nəfər koronavirusdan ölüb, 3 656 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti