Bakı. Trend:
Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 13 970 nəfər yoluxub.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsaəsn, ölkədə koronavirusa yoluxanların ümumi sayı 578 min nəfəri ötüb.
Bildirilir ki, son sutka ərzində koronavirusdan 63 nəfər ölüb, ölənlərin ümumi sayı 32 019 nəfər təşkil edir.