...

Britaniya Baş naziri və Avropa Komissiyası başçısı 14 oktyabrda Brexit danışıqlarını müzakirə edəcək

Dünya xəbərləri Materials 13 Oktyabr 2020 21:16 (UTC +04:00)
Britaniya Baş naziri və Avropa Komissiyası başçısı 14 oktyabrda Brexit danışıqlarını müzakirə edəcək

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Boris Conson və Avropa Komissiyasının sədri Ursula von der Leyen 14 oktyabrda Birləşmiş Krallıq və Avropa İttifaqı arasında gələcək münasibətlərə dair danışıqları müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bu barədə Reuters agentliyi Britaniya hökuməti başçısının ofisinə istinadən bildirib.

Qeyd edilib ki, onlar bu ayın əvvəlində (3 oktyabr) baş tutan danışıq əsnasında danışıqlar prosesi boyunca sıx təmasda olacaqlarına razılıq veriblər.

Birləşmiş Krallıq və Avropa İttifaqı razılaşma ilə bağlı danışıqların çətin olduğunu və Brexit-in keçid dövrünün bitməsinə qədər az vaxt qaldığını etiraf etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti