Bakı. Trend:
Türkiyədə şübəhili bilinən terrorçuların ikisi də zərərsizləşdirilib.
Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Naziri Süleyman Soylu öz "Twitter" hesabında yazıb.
Qeyd edək ki, Hatay vilayətinin İşkəndərun şəhərində partlayış baş vermişdi.
X X X
23:02
Türkiyənin Hatay şəhərində öncə silah, daha sonra isə partlayış səsləri eşidilib.
Trend-in məlumatına görə, xüsusi təyinatlı polislər ərazini mühasirəyə alıb.
İlkin iddiaya görə PKK terrorçuları tərəfindən terakt törədilib.
XXX
23:36
Hatay vilayəti valisi Rəhmi Doğanın verdiyi açıqlamaya görə, əməliyyat zamanı təhlükəsizlik qüvvələri İskəndərunda şübhəli bilinən iki terrorçudan birini zərərsizləşdirib:
"Təhlükəsizlik qüvvələrimiz tərəfindən Payas nəzarət-buraxılış məntəqəsində şübhəli bilinən iki terrorçudan biri təqib nəticəsində İskəndərunda zərərsizləşdirilib və həmin vaxtda partlayış baş verib. Heç kim həlak olmayıb. Əməliyyat davam edir."