...

Rusiyada koronavirusa yoluxanların sayı 3 milyonu, ölü sayı 54 mini ötdü

Dünya xəbərləri Materials 26 Dekabr 2020 12:23 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxanların sayı 3 milyonu, ölü sayı 54 mini ötdü

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 29 258 nəfər virusa yoluxub, 567 nəfər isə həyatını itirib. Bu indiyə qədər gündəlik yoluxma və ölüm sayında qeydə alınmış ən yüksək göstəricidir.

Bu günə qədər Rusiyada 3 021 964 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 54 226 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 426 439 nəfər virusdan sağalıb, 541 299 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti