...

Rusiyada sutkada 28 284 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 27 Dekabr 2020 16:54 (UTC +04:00)
Rusiyada sutkada 28 284 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Rusiyada sutka ərzində koronavirusa yoluxanların sayı 28 284 nəfər artaraq 3 050 248 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib.

Məlumata əsasən, sağalanların sayı sutka ərzində 24 930 nəfər artaraq 2 450 829 nəfərə çatıb. Bildirilib ki, ölkədə bütün yoluxan insanların 80,3 faizi artıq sağalıb.

Rusiyada sutkada koronavirus səbəbindən ölənlərin sayı 552 nəfər artaraq 5 4778-ə çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti