Bakı. Orxan Nəbiyev - Trend:
Moskvada güclü qar yağması ilə əlaqədar hava limanlarında 20-dən çox reys təxirə salınıb.
Trend-in məlumatına görə, Domodedovo hava limanında 11 reys, Şeremetyevoda 7 reys, Vnukovoda isə 5 reys baş tutmayıb.
Rusiya paytaxtında kəskin hava şəraitinin həftəsonu boyunca davam edəcəyi gözlənilir.