...

ÜST: Dünyada ötən sutka koronavirusa 460 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 7 Fevral 2021 01:08 (UTC +04:00)
ÜST: Dünyada ötən sutka koronavirusa 460 mindən çox yoluxma qeydə alınıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 460 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 460 906 nəfər yeni koronavirusa yoluxub, 15 407 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 104 956 439, ölənlərin isə 2 290 488 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti