...

ÜST: Dünyada ötən sutka koronavirusa 332 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 16 Fevral 2021 02:25 (UTC +04:00)
ÜST: Dünyada ötən sutka koronavirusa 332 mindən çox yoluxma qeydə alınıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 332 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 332 360 nəfər yeni koronavirusa yoluxub, 9 691 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 108 579 352, ölənlərin isə 2 396 408 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti