...

Braziliya yenidən koronavirusa yoluxanların sayına görə dünyada ikinci yerdədir

Dünya xəbərləri Materials 13 Mart 2021 07:26 (UTC +04:00)
Braziliya yenidən koronavirusa yoluxanların sayına görə dünyada ikinci yerdədir

Bakı. Trend:

Braziliya yeni koronavirus növünə yoluxma hallarına görə Hindistanı qabaqlayıb və bu göstəriciyə görə dünyada yenidən ABŞ-dan sonra ikinci yeri tutub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, ötən sutka ərzində ölkədə 85 663 yeni yoluxma faktı aşkar edilib, yoluxanların ümumi sayı 11 363 380-ə yüksəlib.

Ölkədə 24 saat ərzində koronavirus səbəbindən ölənlərin sayı 2216 artaraq 275 105-ə çatıb.

10 milyondan çox xəstə sağalıb, aktiv xəstə sayı 1 milyondan çox təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti