Bakı. Trend:
Çin Dövlət Bazar Nəzarəti İdarəsi "Alibaba" şirkətini 18,22 milyard yuan (2,78 milyard dollar) məbləğində cərimələyib.
Trend-in məlumatına görə, bu barədə İdarənin açıqlamasında deyilib.
Məlumata əsasən, bu qərar şirkət tərəfindən inhisar haqqında qanunun pozulmasına görə verilib.
Sənəddə göstərilib ki, istintaq əsasında "Alibaba" şirkətinin istehlakçını öz xidmətlərindən "seçim etmədən" istifadə etməyə məcbur edən siyasət apardığı təsdiq olunub:
"Bu, Çin elektron ticarət bazarının rəqabət mühitinə mənfi təsir göstərib".