...

NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)

Dünya xəbərləri Materials 19 Aprel 2021 15:39 (UTC +04:00)
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Marsda pilotsuz helikopterin ilk uçuşunu uğurla həyata keçirib.

Trend-in məlumatına görə, agentlik uçuşun baş tutduğunu təsdiq edib.

Qeyd olunur ki, "Ingenuity" pilotsuz helikopteri Yerdən başqa digər planetin səthində uçuş həyata keçirən ilk aparat olub.

Pilotsuz aparat Marsın səthindən 3 metr hündürlüyə qalxıb və bir neçə dəqiqə havada qalıb.

Helikopterin bundan sonra daha bir neçə uçuş keçirəcəyi bildirilib.

Qeyd edək ki, "Ingenuity" helikopteri bu ilin fevralında "Perseverance" aparatının tərkibində Marsa eniş etmişdi. Onun ilk sınaq uçuşu proqramda qeydə alınan qüsurlara görə bir neçə dəfə təxirə salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti