...

Qəzza zolağından İsrail ərazisinə 12 saat ərzində 270 raket buraxılıb

Dünya xəbərləri Materials 19 May 2021 01:26 (UTC +04:00)
Qəzza zolağından İsrail ərazisinə 12 saat ərzində 270 raket buraxılıb

Bakı. Trend:

Qəzza zolağından Bakı vaxtı ilə saat 08:00-dan saat 20:00-dək İsrail ərazisinə 270 raket buraxılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, raketlərin 90 faizi "Dəmir günbəz" hava hücumundan müdaifə sistemləri tərəfindən vurulub: "Saat 20:00 üçün Qəzza zolağından İsrail ərazisi istiqamətində 270 raketin buraxılması qeydə alınıb. Raketlərdən 45-i Qəzza zolağının ərazisinə düşüb. "Dəmir günbəz" hava hücumundan müdaifə sistemləri digər raketlərin 90 faizini məhv edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti