...

Türkiyədə son sutkada koronavirusdan 9 457 nəfər sağalıb

Dünya xəbərləri Materials 2 İyun 2021 00:56 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 9 457 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 129 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 47 656 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 7 112 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 256 516 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 9 457 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 124 981 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti