...

Tunis sahillərində qayığın batması nəticəsində ən azı 23 nəfər öldü

Dünya xəbərləri Materials 2 İyun 2021 07:33 (UTC +04:00)
Tunis sahillərində qayığın batması nəticəsində ən azı 23 nəfər öldü

Bakı. Trend:

Liviyadan İtaliyaya Aralıq dənizini keçməyə çalışarkən ən azı 23 Afrikalı miqrant Tunisdə gayıqda batdı.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə Tunis Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

O qeyd edib ki, Tunis hərbi-dəniz qüvvələri 70 miqrantı xilas edib, digər 23 nəfər isə Liviyadan Avropaya gedərkən qayıqda batıb.

Təşkilat nümayəndəsi gəminin gövdəsində 90-dan çox insanın olduğunu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti