...

ABŞ-da atışma olub, ölənlər var

Dünya xəbərləri Materials 12 İyun 2021 08:20 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Savanna şəhərində (Corciya ştatı) baş verən atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə WJCL televiziya kanalı bildirib.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 21:00 radələrində polis bölməsindən bir neçə məhəllə aralıda baş verib. İki yaralının vəziyyəti ağırdır.

Xəsarət alanların arasında iki yaşlı uşaq və 13 yaşlı yeniyetmə də var, onlar yüngül yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti