...

Belarus FHN-in helikopteri qəza enişi edib

Dünya xəbərləri Materials 27 İyun 2021 23:08 (UTC +04:00)
Belarus FHN-in helikopteri qəza enişi edib

Bakı. Trend:

Belarusun Luninetsk rayonuna ölkənin Fövqəladə Hallar Nazirliyinin helikopteri qəza enişi edib.

Trend-in "Belta"ya istinadən verdiyi məlumatına görə, bu barədə Nazirlikdən bildirilib.

Məlumatda deyilir: "Bu gün saat 14:25-də Luninetsk rayonunun Çerebasovo kəndi yaxınlığındakı meşələrin hava patrulu zamanı Belarus Fövqəladə Hallar Nazirliyinin "Mi-2" helikopteri qəza enişi edib. Təyyarənin komandiri və pilot-müşahidəçi helikopteri tərk ediblər. İlkin məlumata görə, onlar xəsarət almayıblar, lakin həkimlər tərəfindən müayinə ediləcəklər".

Qəzanın səbəbi xüsusi komissiya tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti