...

OPEC nazirlərinin neft hasilatı ilə bağlı iclası başlayıb

Dünya xəbərləri Materials 1 İyul 2021 18:30 (UTC +04:00)

Bakı. Trend:

OPEC üzv ölkələri nazirlərinin avqust ayından etibarən hasil olunacaq neft həcmlərinin müzakirəsi ilə bağlı iclası başlayıb.

Trend-in məlumatına görə, iclas iyunun 30-a planlaşdırılsa da, Rusiya baş nazirinin müavini Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman əl-Səuda məsləhətləşmələr üçün daha çox vaxt tələb olunduğuna görə iclas iyulun 1-ə keçirilib.

Mütəxəssislərin fikrincə Rusiya və Səudiyyə Ərəbistanı gələcək saziş barədə artıq ilkin razılığa gəlib. Qeyd olunur ki, OPEC+ böyük ehtimalla hasilatı avqustdan dekabradək 2 milyon barel/sutka azaldacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti