Bakı. Trend:
Haiti və Dominikan Respublikasının cənub sahilləridə baş verən tropik "Elza" fırtınası Karib regionunda ən az 3 nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, bu barədə Associated Press agentliyi xəbər verib.
Fövqəladə Halların İdarəetməsi üzrə Karib Agentliyinin məlumatına əsasən, bir ölüm hadisəsi Sent-Lyusiyada qeydə alınıb. Dominikan Respublikasında 15 yaşlı yeniyetmə və 75 yaşlı qadın uçan divarlar altında qalaraq həlak olub.
Sinoptiklərin proqnozlarına görə, daha sonra "Elza" fırtınası Kubada, daha sonra Florida ştatında Amerika sahillərində olacaq.