...

Floridada yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 6 İyul 2021 03:29 (UTC +04:00)
Floridada yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb

Bakı. Trend:

ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlər üçün brifinq zamanı Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kava deyib.

Onun sözlərinə görə, bu gün dağıntılar altından daha bir nəfərin meyiti tapılıb və ölənlərin ümumi sayı 28 nəfərə çatıb:

"Bazar günü binanın qalan hissələrinin sökülməsindən sonra bütün ərazi iş üçün təhlükəsiz elan edilib, lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar axtarış çətinləşir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti