...

ABŞ-da evin çökməsi nəticəsində ölənlərin sayı 79-a yüksəlib

Dünya xəbərləri Materials 10 İyul 2021 03:55 (UTC +04:00)
ABŞ-da evin çökməsi nəticəsində ölənlərin sayı 79-a yüksəlib

Bakı. Trend:

ABŞ-ın Serfsayd şəhərində (Florida ştatı) yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 79-a çatıb.

Trend-in məlumatına görə, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava mətbuat konfransında bildirib.

Dairə rəhbəri qeyd edib ki, daha bir nəfərin cəsədi tapılıb. Onun sözlərinə görə, 79 nəfərin ölümü təsdiqlənib.

D.L.Kava əlavə edib ki, 61 nəfərin taleyi naməlum olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti